Deputat Naqif Həmzəyev iyunun 1-dən etibarən açıq havada maskalardan istifadənin ləğv edilməsini təklif edib.
APress.az xəbər verir ki, o, bu təklifini parlamentdə səsləndirib. Həmçinin deputat çıxışında 1 ildən çoxdur qadağan edilən toyların keçirilməsini də təklif edib:
“Əgər restoranlarda insanlar toplaşa bilirsə, hesab edirəm ki, toylara da icazə vermək olar”.