Mövqelərimiz atəş altında – MN açıqlama yaydıbackend
Siyasət
401

Mövqelərimiz atəş altında – MN açıqlama yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.
APress.az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Hazırda bu istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.