Ortaq Türk Ordusunun yaradılması istiqamətində bir sıra danışıqlar aparılır.
APress.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop bu gün keçirilən mətbuat konfransında jurnalistin Ortaq Türk Ordusunun yaranıb-yaranmayacağına dair sualına cavab verərkən deyib.
O bildirib ki, anlaşmalar çərçivəsində iki ölkənin ortaq hərbi təlimləri keçirilir:
“Bütün bunlara rəğmən, bizim əsas amalımız bir millət, iki dövlətdir. Hər zaman da belə olaraq qalacaq. Bunun ətrafında da bir çox danışıqlar və anlaşmalar aparılıb”.