Parlamentdə bələdiyyələrlə bağlı illik məruzə edilirbackend
Parlament
329

Parlamentdə bələdiyyələrlə bağlı illik məruzə edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bələdiyyə aktlarına və müraciətlərə baxılması nəticəsində qanunvericiliyin tələblərinə zidd olan 3267 bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı aidiyyəti bələdiyyələrə müraciət olunub. Bu təkliflər əsasında bələdiyyələr tərəfindən 1666 akt ləğv edilib, 1384 akt dəyişdirilib”.

APress.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini, II dərəcəli dövlət ədliyyə müşaviri Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında hesabatı təqdim edərkən deyib.

O qeyd edib ki, bələdiyyələr tərəfindən təmin olunmayan 15 təklif üzrə məhkəmələrdə qaldırılmış iddialardan 2-si təmin edilib: “Nazirlik tərəfindən verilmiş təklif və ya iddiaların təmini nəticəsində bütövlükdə 8.217 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə və ya sahibliyinə qaytarılması təmin edilib.

İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokollar üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib. İnzibati nəzarət icraatı qaydasında aparılmış araşdırmalar zamanı 23 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilmişdir. Həmin materiallardan 10-u üzrə cinayət işi başlanılıb”.