Paşinyan: “ATƏT-in Minsk qrupu Azərbaycanı dəstəkləyir”backend
Siyasət
300

Paşinyan: “ATƏT-in Minsk qrupu Azərbaycanı dəstəkləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“ATƏT-in Minsk Qrupunun Qarabağ üzrə həmsədrləri Azərbaycana tərəfdar mövqe tutdular”.
“Vestnik Kavkaza” məlumat verir ki, bunu Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkiqabağı kampaniya üçün getdiyi Spitakda deyib:
“2018-ci ildə, hakimiyyətə gəldikdən sonra dalana dirənən vəziyyətdə olan Qarabağ nizamlanmasına dair danışıqlar prosesi bizə miras qaldı. Problem bundadır ki, ATƏT-in Minsk qrupu vasitəçiləri (Rusiya, Fransa, ABŞ) Qarabağ nizamlanması ilə bağlı Azərbaycanla eyni mövqe ifadə edirlər. Ancaq qeyd etmək lazmdır ki, bu mövqe 2018-ci ildə deyil, ondan daha əvvəl formalaşıb”.
Paşinyan vasitəçilərin hələ 2016-cı ilin yanvarında Ermənistanın Dağlıq Qarabağın aralıq statusu ideyasından imtina etməsi üçün şərt irəli sürmələrindən şikayətlənib.
“Status qarşılığında ərazilər”, “sülh qarşılığında ərazilər” düsturları var idi və 2016-cı ildən 2018-ci ilə qədər “heç bir şey qarşılığında ərazilər” düsturu meydana gəldi və bununla bağlı danışıqlar prosesi bizə miras qaldı”, – deyə Paşinyan Ermənistanın keçmiş səlahiyyətlilərini, xüsusən keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqısyanı günahlandırıb.