Paşinyan kəndlərimizdən danışdıbackend
Siyasət
321

Paşinyan kəndlərimizdən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Tavuşda keçirilən seçkiqabağı təbliğat mitinqində anklavlar məsələsinə toxunub. N.Paşinyan bildirib ki, müzakirələr zamanı Azərbaycanın nəzarəti altında olan Tavuşun əkin torpaqları məsələsini qaldırıb. “Vəziyyət dəyişməz olaraq qalır. Niyə? Çünki, bizim də anklav məsələmiz var. Söhbət Azərbaycanın nəzarəti altında olan Arçvaşen (Başkənd)dən gedir. Bizim məntiqimiz belədir – anklav anklava dəyişməlidir. Və durum belədir ki, onların nəzarət altında olan onların, bizim nəzarət altında olan da bizimdir” – deyə Nikol Paşinyan bildirib.

Xatırladaq ki, Vatikandakı keçmiş səfir Mikael Minasyan bildirmişdi ki, Paşinyan Tavuşda beş kəndi Azərbaycana verməyə razılıq verib.