Paşinyan Laçın dəhlizindən keçərək Xankəndiyə gəlir – Azərbaycanın reaksiya necə olacaq?backend
Siyasət
291

Paşinyan Laçın dəhlizindən keçərək Xankəndiyə gəlir – Azərbaycanın reaksiya necə olacaq?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan Baş naziri Nikol Paşinyan cari ilin iyul ayının 20 – də növbədənkənar seçkilərdə öz reyitnqini gücləndirmək üçün Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında olan Laçın dəhlizindən keçib Xankəndiyə gələ bilər”.

Bu barədə KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə fikir bildirib.  Politoloq qeyd edib ki, bu risklidir və səfərə rəsmi Bakının sərt reaksiyası mümkündür: “Paşinyan seçki qabağı Bakının razılığını alamağa çalışacaq. Amma, nə olursa-olsun, Paşinyanın Qarabağa gəlməyinə qəti icazə verilməməlidir. Paşinyan hakimiyyətdə qalacaqsa, o zaman Qarabağdakı ermənilərlə bağlı Ermənistanın fəaliyyətini sıfıra endirəcək”.