Peker-Soylu davası və ya AKP-MHP qarşıdurmasıbackend
Siyasət
387

Peker-Soylu davası və ya AKP-MHP qarşıdurması

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda Türkiyə siyasətində baş verənlərdən çoxumuz xəbərdarıq. Baş verənlərə “dövlət içində dövlət” skandalı da demək olar. 

 

Türkiyə siyasi arenasının nə qədər qəliz və ziddiyyətli olduğu bu sahənin tədqiqatçıları üçün sirr deyil. Ta Mustafa Kamal Atatürk dövründən hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan dövrünə qədər Türkiyə siyasətində dəfələrlə insidentlər olmuş, müxtəlif qarşıdurmalar yaşanmış, bəzi qüvvələr isə bundan öz mənfəətləri üçün istifadə etmişlər. Türkiyə siyasətində edamdan tutmuş, hərbi çevrilişlərlə həbs olunan liderlərə qədər istənilən nümunə var. Bir-birlərini ən ağır sözlərlə təhqir edib, bir müddət sonra eyni çətir altında mübarizə aparanlar, bir-birlərini ölümlə hədələyib daha sonra sonra dost olanlar, bir-birlərini Vətən xaini adlandırıb daha sonra dövləti birlikdə idarə edənlərə qədər hər şey var qardaş ölkə siyasətində. Buna misal olaraq Süleyman Soylu-Ərdoğan davasını, Dövlət Baxçalı-Meral Akşener dostluğunun nəticəsini, həmçinin Baxçalı-Ərdoğan mübarizəsinin nəticəsi və digərlərini göstərmək olar. Bir sözlə, Türkiyə siyasətində kifayət qədər qarşdırumalar olsa da, heç kimin gözləmədiyi halda müsbət sonluqla bitən, ya da birlikdə mübarizə aparıb, axırda düşmən olanlar çox olub. 

 

Məsələn, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının cəhdi ilə 2005-ci ildə “Barış süreci”ne addım atılması, 2013-cü ilin rüşvət skandalı, referendum səs-küyü və.s bu misallardandır. Yəni, Türkiyə siyasəti hər zaman belə ziddiyyətli hadisə və skandallarla dolu olub. Bu baxımdan, Sedat Pekerin çıxışları altında gizlənən məqsəd təəccüblü deyil. Sadəcə, məsələ burasındadır ki, Türkiyə cəmiyyəti əvvəlki dövrlərə nisbətən neytrallaşdıb və baş verənlər onları daha çox virtual olaraq maraqlandırır. Bunu müxtəlif səbəblərlə izah etmək olar, lakin reallıq dəyişmir. Bir sözlə, mübarizə metodu defarmasiyaya uğrayıb. 

 

Gələk məsələnin mahiyyətinə. Vaxtı ilə “Demokrat Partiyası”nın sədri kimi Ərdoğanı tənqid edən, lakin sonradan AKP-ə üzv olub daxil işlər naziri vəzifəsinə qədər yüksələn Süıeyman Soylu bu dəfə də Ərdoğana potensial rəqibdir. Daha çox “mafiya babası” və iş adamı kimi tanınan Sedat Pekerin isə qarşıdurmanın əsas parçası olması təsadüfi deyil. Belə ki, dövlət içində nüfuzu həddindən artıq yüksələn Soylunun həm də hakimiyyətə gəlmə şansları müzakirə mövzsudur bu məsələdə. Bunun isə seçkilərə necə təsir edəcəyi hələki məlum deyil. Çünki dünya siyasəti kapitalizmə elə kölə olub ki, istənilən ölkənin vətəndaşı səs verəcəyi namizəddən əvvəlcə iqtisadi maraqlarının necə təmin olunacağını analiz edir. Soylunun isə bu prizmada şansları Ərdoğan qarşısında çox aşağıdır.

 

Peker-Soylu qarşıdurmasının digər maraqlı tərəfi isə AKP-MHP Cumhur ittifaqı ilə bağlıdır. MHP yarandığı gündən hakimiyyətə gəlməkdən daha çox mövcud hakimiyyət üzərində nəzarət mexanizmi olmağı daha çox üstün tutub. Necə ki, indi də belədir. MHP-nin bu istiqamətdə mövcud hakimiyyəti şantaj və təhdid etdiyinin də dəfələrlə şahidi olmuşuq. İndi də MHP Süleyman Soylu vasitəsi ilə hakimiyyətə “xod” edir, hakimiyyət isə buna ən optimal adamla-Sedat Pekerlə cavab verir. Bu, həm də onu göstərir ki, qardaş ölkədə hələ də güc strukturları hakimiyyətə tamamilə tabe olmayıb. Bu isə başqa mövzudur.

 

Baş verənlər hər şeydən əvvəl MHP-AKP koalisiyasının dağılmasına, bununla da AKP-nin zəifləməsinə səbəb ola bilər. Yəni ki, “Pir qələbəsi”, Soylu üzərində qazanılan qələbə hakimiyyətin özündən də mənfi mənada yan keçməyə bilər. Lakin Türkiyə iqtidarı baş verənlərdən yaxşı mənada istifadə edə bilər, ancaq gərək ki, mənfini də müsbətə çevirə bilsinlər. Bunun üçünsə ən real variant zəifləyən MHP-ni milli maraqlara xidmət edən İYİ Partiya ilə əvəzləməkdən keçir. Proseslərin hansı məcraya axmasını isə təbii ki, zaman göstərəcək.

 

Mərahim Nəsib

APress.az