Polad Bülbüloğlu: “Şuşadakı ata evimi öz hesabıma bərpa etmək mənim oğulluq borcumdur”backend
Siyasət
299

Polad Bülbüloğlu: “Şuşadakı ata evimi öz hesabıma bərpa etmək mənim oğulluq borcumdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təbii ki, dahi Bülbülün Şuşadakı evini öz hesabıma bərpa edəcəyəm. Bu, mənim atamın evidir”. 

APress.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu deyib.

O qeyd edib ki, bu, onun oğulluq və vətəndaşlıq borcudur: “Bir də hamı bilir ki, bunu hörmətli Prezident İlham Əliyev televiziya vasitəsi ilə mənə tapşırıb. Təbii ki, bu, mənim üçün böyük şərəfdir. Burada heç bir sual yoxdur. Heç bir problem də yoxdur”, – deyə P. Bülbüloğlu vurğulayıb.

Səfir Bülbülün evinin bərpa layihəsinin artıq hazır olduğunu da söyləyib: “Layihə təsdiq olunan kimi mən atamın evinin bərpasına başlayacam. Heç bir köməyə ehtiyacım yoxdur. Təbii ki, ata evimi öz vəsaitim hesabıma bərpa edəcəm”. (Apa)