Rövşən Elmidar oğlu Bağırov Ağsu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
APress.az-ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Rövşən Bağırov Lerik Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.