Prezident sərəncam imzaladıbackend
Siyasət
310

Prezident sərəncam imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Prezident İlham Əliyev “Ağdam və Tərtər rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

APress.az xəbər verir ki, sərəncama əsasən, Ağdam və Tərtər rayonlarının əhalisi 25950 nəfər olan 18 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.8.8-ci yarımbəndində göstərilmiş məbləğin 1,4 milyon manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.

Ağdam və Tərtər rayonlarında qazılması nəzərdə tutulan subartezian quyularının yaşayış məntəqələri üzrə bölgüsünə dair siyahı aşağıdakı kimidir:

Sıra №-si Rayonun adı Quyuların sayı, ədəd Yaşayış məntəqələrinin adı Əhalinin sayı, nəfər
1. Ağdam 10 Bəybabalar kəndi 88
Çəmənli kəndi 3463
Ergi massivi (3 quyu) 1151
Quzanlı qəsəbəsi 3287
Mahrızlı kəndi 1958
Paşabəyli kəndi 764
Səfərli qəsəbəsi 1017
Təzəkənd kəndi 445
2. Tərtər 10 Bayandur kəndi 680
Evoğlu kəndi 2310
Əksipara kəndi 1205
Hacıqərvənd kəndi 2925
İrəvanlı kəndi 1072
İsmayılbəyli kəndi 1607
Qaynaq kəndi 1916
Şıxarx qəsəbəsi 476
Yuxarı Sarıcalı kəndi 1204
Zolgəran kəndi 382
Cəmi: 20 18 25 950