APress.az xəbər verir ki, Bərxudarov Bayram Şükür oğlu və Bərxudarov Niyaməddin Şükür oğlu Ali Baş Komandanın sərəncamı ilə Füzulinin və Qubadlının azad olunmasına görə medalları ilə təltif ediliblər. Əsgər olan hər iki qardaş müharibəyə könüllü yollanıblar.
Qeyd edək ki, Birlik komandiri Mayis Bərxudarov özü Vətən Müharibəsindən sonra 6 medal, 1 ordenlə təltif edilib.
General-mayor M.Bərxudarov Şuşanın, Qubadlının, Xocavəndin, Zəngilanın, Füzulinin, Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub. Bərxudarov bundan başqa, “Qarabağ” ordeninə də layiq görülüb.
O, Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. Prezident İlham Əliyev Cəbrayıl şəhərinin və rayonunun 9 kəndinin işğaldan azad olunması münasibətilə Mayis Bərxudarovu təbrik etmişdi.
qafqazinfo