Qarabağda dəhşətli partlayışlar – FOTObackend
Siyasət
249

Qarabağda dəhşətli partlayışlar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sülhməramlı kontingentinin mühəndis bölməsinin şəxsi heyəti Qarabağ ərazisində tapılan partlayıcı sursatların (EPO) məhv edilməsi üzrə işləri davam etdirir.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin Məlumat və Kütləvi Kommunikasiya Departamenti bildirib.

Son sutka ərzində Ballıcadakı xüsusi poliqonda minalar və müxtəlif çaplı top mərmiləri daxil olmaqla, təxminən 120 partlayıcı obyekt məhv edilib. Zərərsizləşdirmə əməliyyatı zamanı lazımi bütün təhlükəsizlik tədbirləri təmin olunub.

Hər gün Rusiya sülhməramlı kontingentinin 10-a yaxın hərbi həkimi də zərərsizləşdirmə işinə cəlb olunur.