Qarabağda döyüşən xarici vətəndaşın məhkəməsi davam etdiriləcəkbackend
Siyasət
449

Qarabağda döyüşən xarici vətəndaşın məhkəməsi davam etdiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviçin cinayət işi üzrə məhkəmə iclası davam etdiriləcək.

APress.az xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçiriləcək prosesdə ittiham aktının elan olunması, təqsirləndirilən şəxslərin ifadə verməsi gözlənilir.

Qeyd edək ki, Rusiya vətəndaşı olan Dubakov Eduard Sergeyeviç barəsində Azərbaycan Cinayət Məcəlləsinin 214-3.1 (terrorçuluq, terrorçuluğu maliyyələşdirmə), 218.2-ci (Cinayətkar birlikdə (təşkilatda), habelə mütəşəkkil dəstələrin təşkilatçılarının, rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham edilir.

Publika.az