Bəyanatda həmçinin deyilir ki, Ermənistan və Azərbaycan hökumətləri 2021-ci il mayın 31-ə kimi komissiya çərçivəsində milli nümayəndə heyətlərini formalaşdırmalıdırlar. Rusiya milli nümayəndə heyəti isə Komissiya çərçivəsində məşvərətçi rolunda çıxış edəcək.
Nümayəndə heyətlərinə Azərbaycan, Ermənistan və Rusiya qanunvericiliyinə uyğun olaraq xüsusi səlahiyyətləri olan nümayəndələr rəhbərlik edəcək.
Komissiya 2021-ci il iyunun 30-da ilk toplantısını keçirəcək. Həmin toplantıda görüləcək işlərin əsas istiqamətləri və iş qaydası müəyyənləşəcək, o cümlədən ekspert qrupları təsdiqlənəcəkdir.
Ekspert qrupları Komissiyanın iclasından sonra bir ay ərzində öz səlahiyyətləri daxilində tədbirlər planını təqdim edəcəklər.
Bu Bəyanatdan irəli gələn bütün məsələlər müstəsna olaraq siyasi-diplomatik yolla üçtərəfli razlaşlma əsasında yerinə yetirilməlidir.
Ermənistanın baş naziri Nikol Paşinyan dünən sosial şəbəkədə mövcud olan bu bəyanatın mətninin həqiqiliyini təsdiq edib. Bu barədə RİA Novosti agentliyi xəbər yayıb.
Rəsmi Bakı və Kreml isə bəyanatla bağlı hər hansı məlumat yaymayıblar.