“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.
APress.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin bu günə olan fəaliyyəti ilə bağlı məlumatında deyilir.
“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
Atəşkəs bütün təmas xəttində müşahidə olunur.
Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər” – açıqlamada bildirilib.
Məlumata görə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin mühəndis qrupları 2121 hektar ərazini, 657,3 km yolları, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1844 binanı partlamamış hərbi sursatlardan təmizləyib, 25,613 partlayıcı obyekt aşkar edilərək zərərsizləşdirilib.