Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbəri general-leytenant Rüstəm Muradov vəzifəsindən kənarlaşdırıla bilər.
APress.az Axar.az-a istinadla xəbər verir ki, belə bir iddia ilə Ermənistanın “Hraparak” qəzeti çıxış edib.
Nəşrin məlumatına görə, Muradovu bu vəzifədə Cənub Hərb Dairəsinin komandir müavini general-leytenant Aleksey Avdeyev əvəz edəcək.
Qəzet onu da qeyd edib ki, Avdeyev bu gün Xankədi şəhərinə gələcək və iki həftə ərzində təhvil-təslim işləri aparılacaq.