Sahibə Qafarova Pakistanda – FOTObackend
Parlament
350

Sahibə Qafarova Pakistanda – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin (MM) sədri Sahibə Qafarovanın başçılığı ilə parlamentin nümayəndə heyəti mayın 31-də Pakistan İslam Respublikasına səfərə gedib.

MM-dən APress.az-a bildirilib ki, ölkənin paytaxtı İslamabadın “Nur Xan” hava limanında nümayəndə heyətimizi Pakistan Senatının Sədr müavini Məhəmməd Mirzə Afridi, Milli Assambleyanın üzvü, Millətlər Birliyi Qadın Parlamentarilərin Sədri xanım Şahdana Gulzar Xan, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə və digər rəsmi şəxslər qarşılayıblar.

İyunun 1-də nümayəndə heyətinin üzvləri burada işə başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının İkinci Ümumi Konfransına qatılacaqlar.