Azərbaycan Respublikası Milli Məclisinin deputatı 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə millət vəkili Şahin Seyidzadə Abşeron rayonunun Qobustan kəndi və Perekeşkül qəsəbə sakinləri ilə keçirdiyi fərdi vətəndaş qəbulu haqqında öz sosial şəbəkə hesabında paylaşım edib.
“Abşeron rayonunun Qobustan kəndində fərdi vətəndaşqəbulu həyata keçirildi!
May ayının 18-də Milli Məclisdə təmsil etdiyim 50 saylı Abşeron-Qobustan seçki dairəsinə Abşeron rayonu üzrə daxil olan Qobustan kənd və #Pirəkeşkül (keçmiş Çaylı) qəsəbə sakinləri ilə fərdi qaydada qəbul həyata keçirilmişdir. 13 vətəndaşın iştirak etdiyi qəbulda içməli su, elektrik təminatı, rabitə, nəqliyyat və social təminat mövzuları ətrafında müraciətlər səsləndirilmişdir.”
Qeyd edək ki, deputat Şahin Seyidzadə ötən ay ərzində Qobustan rayonunun Heydər Əliyev Mərkəzində və Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində fərdi qaydada səyyar qəbullar keçirmişdir.