“Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar Azərbaycanı Respublika Günü münasibətilə təbrik edib.
APress.az xəbər verir ki, o, bu barədə öz Feysbuk hesabında “Tək millət, iki dövlət” həştəqi ilə paylaşım edib.
“Can Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir! Ortaq tariximizi, dilimizi, dinimizi və mədəniyyətimizi paylaşdığımız Azərbaycanın Respublika Günü mübarək olsun!”, – Bayraqdar qeyd edib.