“Rusiya beynəlxalq təhlükəsizliyin möhkəmlənməsinə böyük töhfə verir. Ötən ilin sonunda Rusiya Dağlıq Qarabağda qan tökülməsinin qarşısının alınmasında və bütün Cənubi Qafqazda dinc həyatın bərpası üçün şəraitin yaradılmasında mübaliğəsiz olaraq həlledici rol oynadı”.
Sfera.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov IX Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib.