“Sülhməramlılar Qarabağda heç 5 il də qalmayacaq” – Politoloqbackend
Siyasət
346

“Sülhməramlılar Qarabağda heç 5 il də qalmayacaq” – Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusiya hərbçiləri 5 ildən sonra Dağlıq Qarabağı tərk etmək niyyətində deyillər. Nədənsə insanların 95% -i 5 il ərzində rus sülhməramlılarının Qarabağı tərk edəcəyinə əmindir. Ancaq belə bir şey yoxdur. Rus hərbçilərin qalma müddətini uzatma ehtimalının göstərilməsi boş yerə deyildi. Getməyəcəklər”.
Bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan bu gün keçirilən mətbuat konfransında deyib.
Politoloq Qabil Hüseynli isə Sfera.az-a açıqlamasında deyib ki, Ter-Petrosyanun sözügedən fikirləri yenilik deyil: “İlk vaxtdan Rusiyanın nəinki 5 illik, hətta daha uzun müddətə gəldiyini düşünürdük. Amma bu, onların istəklərindən asılı olmayacaq. Bölgədə hadisələrin inkişafı, reallıqların dəyişməsi və.s kimi amillər Rusiya sülhməramlılarının bölgədə qalması ilə sıx əlaqədardır.
Hesab edirəm ki, sülhməramlılar Qarabağda heç 5 il də qalmayacaq. Bölgədə artıq supergüc Türkiyə var, onun yanında qüvvətlənmiş Azərbaycan durur. Habelə lazım gələrsə, bu işə Pakistanın da qatılmasını əlavə etsək, böyük güc yaranır. Bu güclər – elə Amerikanın özü də istək şəklində beynəlxalq təşkilatlarda Rusiyanın bu regionda qalmasına etiraz edəcək. Beynəlxalq şərtlər də Rusiyanın xeyrinə deyil”.
Müsahibimiz qeyd edib ki, Azərbaycan sülhməramlı qüvvələrin bölgədən çıxarılmasını və suveren torpaqlarına özünün nəzarət etməsini istəyəcək:

“Bu gün ölkə əhalisi durmadan Laçın dəhlizinin Azərbaycan ordusunun nəzarəti altına keçməsini tələb edir. Xalq yaxşı başa düşür ki, əgər bu olmasa, onda aparılmış müharibənin əhəmiyyəti müəyyən qədər aşağı düşmüş olacaq. Bir sözlə, Rusiyanın könlündən keçə bilər, amma həmin şeylər həmçinin Azərbaycanın, Türkiyənin, eləcə də onların yaxın dostlarının da meylindən keçir. Bölgədə proseslər sürətlə dəyişməkdə davam edəcək”.