Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Tavuş bölgəsinin sərhədlərini müəyyən etmək məqsədilə dövlət kadastr komitəsinə sorğu göndərib.
Publika.az xəbər verir ki, erməni mediası səbəbin Qazaxın işğalda qalan 7 kəndi ilə bağlı olduğunu yazır.
“Məqsəd Tavuşun 1990-cı illərdən əvvəlki sərhədlərinin müəyyən edilməsi və Qazaxın işğalda qalan 7 kəndinin qaytarılmasıdır”, – məlumatlarda qeyd olunur.
Ermənistan Müdafiə Nazirliyi bu məlumatı da təkzib edib, lakin erməni mənbələr ötən həftədən etibarən Tavuş istiqamətində sərhədin müəyyən edilməsi yönündə işlər aparıldığını yazır.