Vətən müharibəsi, COVID-19 pandemiyası ilə müşayiət olunan çətin və qaynar müzakirələrlə dolu parlament ilindən sonra deputatlar istirahətə yollanacaq. Mövzunun aktuallığını nəzərə alaraq, Modern.az saytı parlamentarilərin məzuniyyəti üçün ayrılan vəsaitin məbləğini araşdırıb.
Milli Məclis Sədrinin birinci müavini Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 90 faizi (2227.5 manat), Milli Məclis Sədrinin müavini – 85 faizi (2103,75 manat), Milli Məclisin komitə və komissiya sədri – 80 faizi (1980 manat), Milli Məclisin komitə və komissiya sədrinin müavini – 75 faizi (1856,25 manat), Milli Məclisin deputatı isə Milli Məclis Sədrinin aylıq vəzifə maaşının 70 faizi miqdarında (1732,5) manat aylıq vəzifə maaşı alır.
Sıravi deputatlarda bu məbləğ 5197.5 manat (1732*3), parlament Sədrində 2475 manat (2475*3), birinci müavində 6682.5 manat (2227.5 *3), müavində 6311.25 manat (2103.75 *3), komitə sədrlərində 5568.75 manatdır (1856.25*3).