Mayın 31-də Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu Azərbaycana səfəri baş tutacaq.
Türkiyəli nazir səfər zamanı Füzuli rayonunda tikilən Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olacaq.
Səfərdə Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev də iştirak edəcəyi gözlənir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “Report”a bildirilib ki, belə bir səfərin təşkili nəzərdə tutulur və səfər çərçivəsində A.Karaismailoğlu Horadizdə inşa edilən bəzi infrastruktur obyektlərində işlərin gedişatı ilə tanış olacaq.