Milli Məclisin deputatı Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında bir neçə vacib məqama toxunub.
APress.az xəbər verir ki, deputat Şuşa şəhəri haqqında hazırlanmış qanun layihəsinin çox vacib və aktual olduğunu qeyd edib:
“Qanun layihəsinin hazırlanması təkcə Şuşa yox, bütün Qarabağ üçün beynəlxalq əhəmiyyətli məsələdir. Qanun layihəsi qəbul olunandan sonra ermənilər Şuşa şəhəri haqqında xulyalardan əl çəkəcəklər”.
Vahid Əhmədov Şuşanın tarixinə də qısa nəzər salıb:
“1939-cu ildə Şuşa rayonu yaradılıb. Şuşaya 37 kənd daxil edilib. Kəndlərin siyahısına baxanda çoxunun siyasi əhəmiyyət kəsb etdiyini görmək olar. Vaxtilə o kəndlərdə yaşayançlar 96% azərbaycanlı, 4% erməni olub. Həmin kəndlərdə hazırda ermənilər və sülhməramlılar fəaliyyət göstərir. Bu kəndlərin işğal altında olması gələcəkdə ermənilərə impuls verə bilər. Ciddi problemlər yarada bilər. Şuşa şəhəri Şuşa rayonuna daxildir. Onun idarəetmə məsələsi qanunda öz əksini tapsa, yaxsi olar. Bu subyektiv fikrimdi. Həmkarlarim və hüquqşünaslar bu haqda fikirləşsinlər”.