Azərbaycan xarici işlər nazirinə yeni müavin təyin olunub.
APress.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.
Sərəncama əsasən, Elnur Məmmədov xarici işlər nazirinin müavini təyin edilib.
Qeyd edək ki, E.Məmmədov bu təyinatadək XİN-in Ümumi Katibliyinin rəisi vəzifəsində çalışıb. O, daha əvvəllər təhsil nazirinin müşaviri vəzifəsində çalışıb.