Xocavəndin erməni sakinləri: “Buradan gedəcəyik” backend
Siyasət
335

Xocavəndin erməni sakinləri: “Buradan gedəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir misal var deyərlər, qələbəni əldə etmək çətin deyil, əsas odur ki, qələbəni qoruyub saxlayasan və yeni qələbələrə imza atasan. O baxımdan Azərbaycan əsgəri təkcə 44 günlük müharibə zamanı qəhrəmanlıq dastanı yazmadı, belə dastanlar bu gün də davam etməkdədir.
Söhbət təkcə döyüşdən getmir, əldə edilən qələbəni qoyruyub saxlamaq, düşmən üzərində psixoloji üstünlüyü təmin etməkdir. Bir qalib əsgər kimi özünü sübut etməkdir. 44 günlük müharibə zamanı Xocavənd, Xocalının bir sıra kəndləri düşməndən azad edilib. Bunlar arasında iri yaşayış məntəqələri də var. Bunlardan biri də Xocavəd rayonunun Tağaverdi kəndidir ki, döyüş nəticəsində kənd iki hissəyə bölünüb. Kəndin yuxarı hissəsi işğaldan azad edilərək, Azərbaycan Ordusunun nəzarəti altına keçib.

600 hektar torpaq sahəsi olan Tağaverdin cəmi 100 hektarına ermənilər nəzarət edə bilir. Onun da 20 hektarı təhlükəli zona sayılır.

 

Azərbaycan ordusunun qəhrəmanlığı nəticəsində bu kənddə asılan separatçı rejimin bayrağı yığışdırılıb.

“Ölkə.Az” erməni jurnalistin kəndin durumu və separatçılaırnın bayrağının necə götürülməsi barədə yazdığını oxuculara təqdim edir.

Tağaverd kəndində olan “Sputnik Ermənistan”nın əməkdaşı orada yaşayan azsaylı erməni sakinlərlə söhbətləşib.

Ermənilər əkin sahələri və otlaqların azlığından gileylənərək, həyəcanla Tagaverdin Azərbaycan mövqeləri ilə əhatə olunduğunu bildiriblər.

Tağaverdin Elmira və Şura Alaverdyan adlı ər-arvad sakini erməni jurnalistə maraqlı bir fakt barədə danışıblar.

Onlar bildiriblər ki, Ermənistan və Azərbaycan hərbçilərinin mövqeləri arasındakı məsafə təxminən 40 metrə çatır. Tərəflər arasında bəzən söz atışması yaşanır və hətta söyüşlər də eşidilir.

Alaverdyan ailəsi deyib ki, təxminən 1 ay öncə Tağaverddə keşik çəkən Azərbaycan əsgərləri separatçıların kəndin qarşı tərəfində asılmış “bayrağ”ını  ərazidən yığışdırmağı tələb ediblər.

Erməni tərəfi əvvəlcə bununla razılaşmaq istəməyib. Vəziyyətin silahlı toqquşmaya keçməməsi üçün hətta rusiyalı sülhməramlılar da hadisə yerinə gəliblər. Hətta bayrağı atəşə tutdular.
Azərbaycan əsgərinin qətiyyətli mövqeyi nəticəsində  “bayraq” çıxarıldı.

Elmira və Şura Alaverdyan adlı erməni ər-arvad deyiblər ki, vəziyyət dəyişməzsə, çoxları kənddən ayrılmaq məcburiyyətində qalacaq.

Hazırda Tağaverddə qalan azsaylı erməni sakinlər kəndin Qırmızı bazar qəsəbəsinə yaxın ən aşağı hissəsində yaşayırlar…

Kəndin icma rəhbərinin müavini Sevak Xaçatryan isə deyib ki, kənddə 1318 nəfər yaşayıb və  indi isə 594 nəfər yaşayır. Onların da əksəriyyəti kişilərdir.