Ailə Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul olunubbackend
Parlament
359

Ailə Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin yaz sessiyasının bu gün keçirilən növbəti plenar iclasında Ailə Məcəlləsinə dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

APress.az-ın xəbərinə görə,dəyişikliklə uşağı övladlığa götürmə istəyən qohumlara aşağıdakı prosedurlar tətbiq olunmayacaq:

– övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi;

– övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi;

– övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili;

– övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi.

Qohumlara münasibətdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 ildən çox olmayan müddətdə övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması proseduru isə qüvvədə qalır.

Məcəlləyə dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.