AQC İdarə Heyətinin toplantısı keçirilib – FOTOLARbackend
Sahibkar
679

AQC İdarə Heyətinin toplantısı keçirilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni təyinatlar təsdiq edilib, cəmiyyətin yeni üzvlərinə şəhadətnamələr təqdim olunub

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) İdarə Heyətinin iclası keçirilib. Cəmiyyətin İctimaiyyətlə əlaqələr departamentindən verilən məlumata görə, toplantıda AQC sədri Vüqar Orucun məruzəsi dinlənilib.

Qurumun fəaliyyət istiqamətləri barədə danışan sədr qeyd edib ki, ötən müddət ərzində “Daşınmaz əmlakın növləri üzrə” növbəti sertifikatlaşdırma kursu təşkil olunub. 28 iştirakçı arasından 16-nın müvəfəqiyyət qazandığını deyən V.Oruc əlavə edib ki, bununla bağlı keçirilən təqdimat mərasimində Milli Məclisin nümayəndələri, vətəndaş cəmiyyəti insitutlarının və mətbuat orqanlarının nümayəndələri iştirak edib. Gənc iqtisadçı Mikayıl Mirzəzadəni Türkiyə üzrə xüsusi nümayəndə təyin etdiyini deyən sədr bildirib ki, bununla bağlı xəbər Türkiyənin nüfuzlu media orqanlarında dərc olunub. Eyni zamanda aparıcı dövlət qurumlarının rəhbərləri ilə kollektiv görüşlər keçirdiklərini diqqətə çatdırıb. AQC sədri bu cür təmasların bundan sonra da davam edəcəyini söyləyib. Cəmiyyətin gələcək fəaliyyət istiqamətləri ilə bağlı müzakirələrin aparıldığı toplantıda icraçı direksiyanın yaradılması istiqamətində müzakirələrə başlanılması qərara alınıb. İşçi bölgüsü əsasında İdarə Heyətində və Direktorlar Şurasında təmsil olunan şəxslərə müvafiq tapşırıqlar verilib.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc tanınmış jurnalist və ictimai fəal Azər Niftiyevi sədrin müşaviri, gənc iqtisadçı Mikayıl Mirzəzadəni isə Türkiyə üzrə xüsusi nümayəndəsi təyin etdiyini bildirib və hər iki təyinat İdarə Heyətinin müzakirəsinə çıxarılıb. İdarə Heyətinin üzvləri hər iki təyinatı yekdilliklə təsdiq edib və öz növbəsində Azər Niftiyevin sədrin müşaviri, Mikayıl Mirzəzadənin isə sədrin Türkiyə üzrə xüsusi nümayəndəsi təyinatları rəsmiləşib. Oktyabr ayının əvvəlində Direktorlar Şurasının genişləndirilmiş iclasının keçirilməsi qərara alınıb.

Yekunda Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinə (AQC) yeni üzv olan dörd şirkətə – “Real Prays”, “Azər Biznes Konsaltinq”, “AECS” MMC və “Praqma Consulting” qiymətləndirmə şirkətlərinə üzvlük şəhadətnəmələri təqdim edilib.