AQC sədri Vüqar Oruc beynəlxalq tədbirdə çıxış edibbackend
İqtisadiyyat
493

AQC sədri Vüqar Oruc beynəlxalq tədbirdə çıxış edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanın paytaxtı Bişkek şəhərində “Yaşıl iqtisadiyyat, idarəetmə, elm və təhsil: qloballaşma və rəqəmsal transformasiya kontekstində davamlı inkişaf” mövzusunda tədbir keçirilib.

10-dan artıq dövlətin təmsilçisinin iştirak etdiyi onlayn tədbirdə çıxış edən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri və Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc yaşıl enerjiyə keçidin vacibliyindən bəhs edib. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirildiyi bir ərəfədə belə bir beynəlxalq tədbirdə iştirak etməsindən məmnun olduğunu qeyd edib.

AQC sədri iqlim dəyişikliyi, yaşıl enerjiyə, qloballaşma və rəqəmsal dünyaya keçidin zəruri olduğunu söyləyib və bunun bəşəriyyətin gələcəyi rakursundan strateji əhəmiyyətini vurğulayıb. Azərbaycan iqtisadiyyatında “yaşıl keçid” və rəqəmsallaşma istiqamətində atılan addımlar və əldə edilən təcrübələri bölüşən V.Oruc ətraf mühitin deqredasiyası və resursların tükənməsi ilə bağlı narahatlıqların artdığı bir şəraitdə ekosistemlərə xələl gətirmədən iqtisadi tərəqqini təşviq edilməsinin zərurliyindən danışıb. Azərbaycanda bu istiqamətdə uğurlu layihələrin həyata keçirildiyini, karbon emissiyalarını azaltmaq, resurslara qənaət, istehsal və istehlakın ətraf mühitə təsirlərini minimuma endirmək üçün nəzərdə tutulan yaşıl texnologiyaların inkişafını vurğulayıb.

Bərpaolunan enerjiyə keçidin təkcə karbon emissiyalarını azaltmadığını, eyni zamanda külək, günəş və su enerjisi kimi sektorlarda yeni əmək imkanları yaratdığını və Azərbaycan timsalında bundan geniş istifadə olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Bildirib ki, Azərbaycan dövləti bu yolla ekoloji cəhətdən təmiz hesab olunan yaşıl texnologiyalar enerji səmərəliliyini artırmaq, tullantıları azaltmaq və bərpaolunan mənbələrdən istifadəni dəstəkləməklə insan fəaliyyətinin ətraf mühitə təsirlərini minimum həddə endirmək niyyətindədir: “İkinci Qarabağ müharibəsində Azərbaycan işğal altında olan torpaqlarını azad edib. Azad edilən ərazilərimizin yaşıl enerji zonalarına çevrilməsi istiqamətində ölkəmizdə genişmiqyaslı fəaliyyət həyata keçirilir. Bu aspektdə xarici tərəfdaşlarla sıx işbirliyi həyata keçirilir. Günəş işığı, külək və su kimi təbii ehtiyatlardan istifadə etməklə, bərpaolunan enerji texnologiyaları bərpa olunmayan mənbələrdən asılılığı aradan qaldırır və iqlim dəyişikliyinin təsirlərini azaltmağa kömək edir. “Ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında kəndlərin və şəhərlərin inşası buna əyani misaldır” – Vüqar Oruc söyləyib.

Tədbir iştirakçıları yaşıl iqtisadiyyata keçidin üstünlüklərindən bəhs edərək, Azərbaycanın bu istiqamətdə gördüyü işləri yüksək qiymətləndirdiklərini, bu sahəyə verdiyi yüksək töhfələrin zəruri olduğunu bəyan ediblər.