“Müharibədən sonra yeni dövr yaranıb, amma çətinliklər qalıb” – Hərbi ekspertbackend
Siyasət
290

“Müharibədən sonra yeni dövr yaranıb, amma çətinliklər qalıb” – Hərbi ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Postmüharibə dövründə Qarabağda xidmət edən hərbçilərin maaşlarına əlavələrin olacağı ilə bağlı qərarın çox vacib əhəmiyyəti var.

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Emin Həsənli deyib.

Ekspert bildirib ki, Ermənistanla dövlət sərhəddində xidmət çox çətindir:

“”Hərbi qulluqçuların statusu haqqında” qanununun 10-cu maddəsi onların əməkhaqqı təminatı idi. Bu maddənin II bəndində göstərilirdi ki, müharibə zamanı müharibə bölgəsində, təmas xəttində xidmət edən hərbi qulluqçuların əməkhaqqı ikiqat hesablanır. Artıq 44 günlük zəfərdən sonra müharibəyə son qoyulub, yeni bir dövr yaranıb, amma çətinliklər qalıb. Həm Ermənistanla dövlət sərhəddində xidmət çox çətindir, həm işğaldan azad edilmiş ərazilərin çoğrafi təbii şəraiti həddindən artıq çətindir, həm də ki Silahlı Qüvvələrin Ali Baş Komandanının dediyi kimi, o ərzilərdən elə bil vəhşi qəbilə keçib, daş daş üstə deyil. Nəzərə alaq ki, düşmən minalanmış ərazinin xəritəsini də verməyib, atəşkəsdən sonra bir neçə hərbi qulluqçumuz şəhid oldu. Bax bu şəraitdə, minalanmış bir şəraitdə xidmət aparmaq çox çətindir, üstəgəl bu, 24 saat xidmət aparır. Əgər Bakıda, Gəncədə, müxtəlif yerlərdə iş saatı 8 saatdırsa, xidmətə gedib axşam evinə qayıdırsa, onlar 24 saat xidmət aparırlar. Şənbə, bazar demədən, bayram günləri demədən, ailəsindən uzaq şəraitdə xidmət aparır. Ancaq eyni ərazini, eyni coğrafi şəraiti görürlər. Onların hər biri qəhrəmandır”.

E.Həsənli deyib ki, hərbçilərin əməkhaqqlarının artırılması çox vacib addım idi:

“44 günlük Vətən Müharibəsi bir daha həbçilərimizin ölkəmiz üçün əhəmiyyətini hər kəsə anlatdı. O savaşa üç silahdaş girmişdi: Biri şəhid oldu, biri əlil oldu, biri isə veteran oldu. Və bu veteran da iki qismə bölünür: bir hissəsi təxris olub, bir hissəsi də hazırda xidmətini aparır. Onların böyük hissəsi həm də müharibədə döyüşmüş insanlardır. Azərbaycan dövləti hər zaman hərbçilərimizə xüsusi diqqət, qayğı göstərir, onların sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı mənzillər verir, əməkhaqqları davamlı olaraq artırılır və bu vəziyyəti nəzərə alaraq ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına uyğun olaraq Maliyyə Nazirliyi ilə Müdafiə Nazirliyi araşdırırdı ki, hansı bölgədə olsun və nə qədər hərbi qulluqçu olsun. Təbii ki, bunun dəqiq sayı bilinməlidir, maliyyə vəsaitidir. Hamısı araşdırılandan sonra bu qərar verildi, yanvar-fevral ayı da şamil ediləcək. Ermənistanla sərhəddə, Qazax və Tovuz da daxil Gədəbəy, Daşkəsən, Naxçıvan bölgəsində də Ermənistanla sərhəddimiz var. Bundan əlavə, onlarla yeni sərhədlərimiz (Qubadlı, Laçın, Zəngilan, Kəlbəcər) var. Bu yeni sərhədlərimiz də daxil, Qarabağ istiqamətində isə Rusiya Federasiyasının sülhməramlıları ilə yanaşı xidmət aparan hərbi qulluqçularımızın əməkhaqqısı 100%, işğaldan azad edilmiş, infrastruktur qurulmayan ərazilərdə xidmət edənlərin əməkhaqqısı isə 50% artırılacaqdır. Bu, çox vacibdir, çox mütərəqqi bir addımdır”.