Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir.
APress.az xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib.
O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: “Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğru olar. Hələ ki, vəziyyət stabildir. 10-15 gündən sonra Bakıya qayıdacaq. Bu gün isə ürək həkimi baxmalıdır”.
Qeyd edək ki, Arif Babayev ötən ilin sentyabrında insult keçirib və Türkiyədə əməliyyat edilib. Onun 83 yaşı var.
Publika.az