“VECON CONSULTING” illik hesabat verdibackend
İqtisadiyyat
565

“VECON CONSULTING” illik hesabat verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın nüfuzlu qiymətləndirmə şirkətlərindən olan – “VECON CONSULTING” şirkəti 2022-ci ilin yekunları ilə bağlı ictimai hesabat təqdim edib.

Şirkətin təsisçisi və direktoru Vüqar Orucun adından yayılan hesabatda şirkətin yola saldığımız ildə gördüyü işlərdən, həyata keçirdiyi layihələr və yeniliklərdən bəhs olunur.

Hesabatda bildirilir ki, “VECON CONSULTING” şirkətində 2022-ci il üzrə 12,9 faiz böyümə baş verib. Şirkətin əməkdaşlarının sayı 14% artıb. Regional nümayəndəliklərlə yanaşı, xarici ölkələrdə də şirkətin təmsilçiləri fəaliyyətə başlayıb. Regional nümayəndəliklərin əməkdaşlarının nəzəri və təcrübəvi biliklərinin artırılması istiqamətində şirkət tərəfindən müxtəlif layihələrdə iştirakı təmin edilib. Şirkətin baş ofisinin əməkdaşlarından 3 nəfəri daşınmaz əmlakın bütün növlərinin(mənzil, torpaq, qeyri yaşayış və fərdi yaşayış evləri), 1 nəfəri isə bioloji aktivlərin qiymətləndirilməsi  üzrə sertifikasiya imtahanlarında müvəfəqqiyətlə iştirak edib və sözügedən istiqamətlər üzrə sertifikata layiq görülüb.

“VECON CONSULTING” 2022-ci ildə müştəri bazasını genişləndirib. Ölkənin nüfuzlu maliyyə təsisatları, aparıcı şirkətləri və dövlət qurumları şirkətlə daimi əsaslarla əməkdaşlığa start verib. Şirkətin peşəkar və obyektiv qiymətləndirmə xidmətləri hər kəs üçün əlçatan olmaqla yanaşı, həm də beynəlxalq qiymətləndirmə standartlarının Azərbaycanda tətbiqi istiqamətində fərqlənib. Yola saldığımız ildə də “VECON CONSULTING” şirkətinin fəaliyyətinə yüksək maraq olub. Təsadüfi deyil ki, şirkətlə əməkdaşlıq edən müəssisələrin əksəriyyəti öz sahələrində lider mövqelərdə qərar tuturlar.

“VECON CONSULTING” 2022-ci ildə ciddi uğura imza atıb. Şirkətin daxil olduğu “VECON” şirkətlər qrupunun tətisçisi Vüqar Oruc Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri seçilib. Dövlət qurumları, assosiativ və ictimai birliklər, mətbuat orqanları ilə təmaslar formalaşıb.

“VECON CONSULTING” olaraq riskləri sığortalanması da hesabatda öz əksini tapıb. Belə ki, şirkət əməkdaşlıq etdiyi subyektlərin qarşısında öhdəlik götürür və müştərilər 1 milyon AZN məbləğində sığorta imtiyazı əldə edirlər. Artıq “Atəşgah Sığorta” şirkəti ilə “VECON CONSULTING” arasında imzalanmış müvafiq müqavilə ardıcıl olaraq 5-ci  dəfə  növbəti il üçün də yenilənib. Nəzərə alanda ki, sığortalıların anderraytinqinin həyata keçirilməsi, qiymətləndirmə nəticələrinin yarada biləcəyi risklərin mövcudluğu böyük problemlərə yol aça bilər, bu mənada şirkətin müştərilərə təqdim etdiyi qiymətləndirmələrdə risklərin sığortalanması mühüm əhəmiyyət kəsb edir.

“VECON CONSULTING” 2022-ci ildə ənənəvi xeyriyyə fəaliyyətini davam etdirib. İyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq Nur uşaq evində məskunlaşan körpələrə bayram sovqatı hədiyyə edib. Şirkətin rəhbərliyi kollektiv şəkildə adıçəkilən məkanda təşkil olunan bayram şənliyində iştirak edib, uşaqlara nümunəvi ünsiyyət yaradıb. Vətən müharibəsi iştirakçıları, şəhid və qazi ailələrinə il ərzində pulsuz və güzəştli xidmət göstərib. Şirkətə edilən müraciətlər mövcud imkanlar daxilində müsbət cavablandırılıb.

“VECON CONSULTING” 2022-ci ildə dövrü ictimai hesabatlılıq istiqamətində ənənəvi fəaliyyətini davam etdirib. Audiovizual media quruluşlarında, mətbuat orqanlarında əmlak bazarının təhlili, biznes qiymətləndirilməsinə dair ekspert rəyləri ilə çıxış edib. Eyni zamanda kütləvi informasiya vasitələrinə (KİV) rüblük və illik hesabatlar təqdim edib. Dövlət qurumları, biznes subyektləri ilə faydalı və qarşılıqlı əlaqələrini, sahəvi əməkdaşlığı davam etdirib. İl şirkət rəhbərliyinin və təmsilçilərinin ərzində yüzlərlə mətbuat orqanında məqalələri, müsahibələri və rəyləri dərc olunub.

“VECON CONSULTING” 2022-ci ildə Türkiyənin nüfuzlu “EVA Real Estate Appraisal Consultancy Inc” şirkəti ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalayıb. Müqavilənin şərtlərinə görə, şirkətlər arasında biznes əməkdaşlığının qurulması, qarşılqılı informasiya mübadiləsi, şirkət əməkdaşlarının Türkiyədə təlim və kurslarda iştirakı, qiymətləndirmə, bazar araşdırması, biznes konsaltinqi istiqamətlərində səylərini birləşdirməsi, vahid məlumat reyestri əsasında birlikdə fəaliyyəti nəzərdə tutulub.

“VECON CONSULTING” 2022-ci ildə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) və digər əlaqəli qurumlarla kordinasiyalı şəkildə fəaliyyət göstərib. Şirkət adıçəkilən assosiativ qurumlara daxil olan müəssisələrə şəffaf və peşəkar qiymətləndirmə xidməti göstərib. Eyni zamanda birgə layihələr həyata keçirərək, Azərbaycanda qiymətləndirmə sektorunun inkişafına öz töfhəsini verib.