“Vecon Consulting” Türkiyənin nüfuzlu şirkəti ilə memorandum imzaladıbackend
Gündəm
626

“Vecon Consulting” Türkiyənin nüfuzlu şirkəti ilə memorandum imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vecon Consulting” qiymətləndirmə şirkəti ilə Türkiyənin “EVA Real Estate Appraisal Consultancy Inc” qiymətləndirmə şirkəti arasında memorandum imzalanıb. Qarşılıqlı anlaşma müqaviləsini “Vecon Consulting” qiymətləndirmə şirkətinin təsisçisi Vüqar Oruc və “EVA Real Estate Appraisal Consultancy Inc” qiymətləndirmə şirkətinin təsisçisi Yaşar Bahçeci imzalayıb. Sənəddə şirkətlər arasında fəaliyyət və təcrübə mübadiləsi, birgə təlimlərin keçirilməsi, vahid məlumat bazasının yaradılması və digər məqamlar öz əksini tapıb. Qərara alınıb ki, Azərbaycanda və Türkiyədə əmlak sektorunun mövcud vəziyyəti ilə əlaqədar qarşılıqlı olaraq vaxtaşırı hesabatlar təqdim edilsin.

Xatırladaq ki, “VECON CONSULTING” qiymətləndirmə şirkəti 2010-cu ildən fəaliyyət göstərir. Şirkət  Bakı şəhərində və Azərbaycan Respublikasının rayonlarında minlərlə daşınmaz əmlak obyekti, avadanlıq, texnika və nəqliyyat vasitələri, habelə, hava və su nəqliyyat nümunələri beynəlxalq standartlara tam uyğun şəkildə qiymətləndirilməsi üzrə ixtisaslaşıb.

Şirkət tanınmış “JSC International Valuation Centre” qiymətləndirmə şirkətinin partnyoru, Maliyyə Bazarlarına Nəzarət Palatasının, Aqrar Kredit və İnkişaf Agentliyinin, eləcə də Azərbaycan Respublikası Kredit Zəmanəti və İpoteka Fondunun müvəkkil təşkilatıdır. “VECON CONSULTING” MMC Azərbaycan Milli Sahibkarlar Konfederasiyasının və Azərbayacan Qiymətləndiricilər Cəmiyyətinin kollektiv üzvüdür. Şirkətin təsisçisi Vüqar Oruc Azərbayacan Qiymətləndiricilər Cəmiyyətinin sədridir.

“EVA Real Estate Appraisal Consultancy Inc” şirkəti isə Türkiyənin ən nüfuzlu qiymətləndirmə şirkətidir. Şirkətin təsisçisi Yaşar Bahçeci yüzlərlə qiymətləndirmə şirkətini öz ətrafında birləşdirən Türkiyənin Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədridir. Türkiyənin ictimai-siyasi həyatında yaxından iştirak edən Y.Bahçeci hakim partiya – AKP-nin qurucu üzvlərindən biridir. 2009-2019-cu illərdə isə Kırşehir bələdiyyə başqanı olub.