Türkiyədə koronavirusun “Delta” ştammına yoluxma sayı son bir həftə ərzində 3 dəfəyə yaxın artıb.
Unikal.org xəbər verir ki, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Qoca deyib.
O bildirib ki, hazırda ölkə ərazisində “Delta” ştammına yoluxanların sayı 750 nəfərə çatıb.
Ümumilikdə, bu ştamm 36 vilayət ərazisində qeydə alınıb.u
Bundan başqa, Türkiyənin 3 vilayətində 3 nəfərin “Delta plus” variantından müalicəsi davam edir