UEFA bu milli komandaya texniki məğlubiyyət verdibackend
İdman
316

UEFA bu milli komandaya texniki məğlubiyyət verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UEFA Millətlər Liqasının 5-ci turundakı matçda meydanı erkən tərk edən Kosovo yığmasını cəzalandırıb. 

“Apress.az” xəbər verir ki, Rumıniya rəqibin bu hərəkətinə görə 3:0 hesablı texniki qələbə qazanıb.

Rumıniya millisi isə fanatların irqçi şüarlarına görə növbəti ev oyununu azarkeşsiz keçirəcək.

Qeyd edək ki, Rumıniya – Kosovo matçının 93-cü dəqiqəsində yerli azarkeşlər Serbiyanın adını qışqırmağa başlayıb. Bu səbəbdən oyun yarımçıq qalıb və qonaq komandanın futbolçuları meydanı tərk edib.