Bakı şəhərində mənzildən meyit tapılıb.
Bu barədə APress.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Ələsgərova Rübabə Arif qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.