Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığı tərəfindən BMT-nin iqlim dəyişikliyi üzrə çərçivə konvensiyasının tərəflər konfransının ölkəmizdə keçirilən 29-cu sessiyasına (COP 29) hazırlıqla əlaqədar zəruri tədbirlər görülüb.
Apress.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti rəisinin müavini-Sərhəd Qoşunlarının komandanı general-leytenant Araz Məmmədov bildirib.
O deyib ki, Dövlət Sərhəd Xidməti COP29-la bağlı qarşıya qoyulmuş tapşırıqların icrası layiqincə yerinə yetirib.