İlham Əliyev: “Belarusla hərbi sahədə əməkdaşlıq çox yaxşı nəticələr verir”backend
Siyasət
343

İlham Əliyev: “Belarusla hərbi sahədə əməkdaşlıq çox yaxşı nəticələr verir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Dediyim kimi, ölkələrimiz arasında hərbi, hərbi-texniki sahədə əməkdaşlıq qədim tarixə malikdir və çox yaxşı nəticələr verir”.
APress.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Belarus Respublikasının müdafiə naziri Viktor Xrenini qəbul edərkən deyib.
“Buna görə, əminəm ki, sizin həmkarlarınızla diskussiyalar, fikir mübadiləsi bu sahədə qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsi işində faydalı olacaq. Bir daha xoş gəlmisiniz”, – Prezident bildirib.
“Yüksək səviyyədə səfərlər mübadiləsi həmişə onu göstərir ki, bizim qarşılıqlı fəaliyyətimiz və əməkdaşlığımız yaxşıdır və gözəldir. Bizim dövlətimizin başçısı demişkən, Azərbaycan Belarusun şəxsində Mərkəzi Avropada özünə etibarlı dayaq, Belarus isə Azərbaycanın şəxsində Qafqazda etibarlı dost tapıb. Prezidentin dediyi kimi, bizim parlaq əməkdaşlığımız var. Deyə bilərəm ki, o, buna görə çox fəxr edir”.
Bu fikirləri Belarusun müdafiə naziri Viktor Xrenin Prezident İlham Əliyevin bugünkü qəbulunda çıxışı zamanı deyib.
“Azərbaycan bizim ənənəvi dostumuz və müttəfiqimizdir, həm regional, həm də beynəlxalq siyasi aləmdə həmişə mühüm rol oynayıb. Dünya miqyasında bizi dəstəklədiyinizə, bizə siyasi dəstək verdiyinizə görə Sizə şəxsən öz adımızdan, Belarus Respublikası adından təşəkkürümü bildirmək istərdim. Dağlıq Qarabağ zonasında hərbi əməliyyatların dayandırılması üçün əldə etdiyiniz razılaşmaları da alqışlayırıq. Biz, sadəcə, əminik ki, müdrik rəhbərliyinizlə bu, həmin regionun daha da inkişaf etməsi və diyarda sülhün möhkəmlənməsi üçün yaxşı təməl olacaq”, – nazir əlavə edib.