Paytaxtda baş verən yol qəzasında 5 gənc xəsarət alıbbackend
Cəmiyyət
321

Paytaxtda baş verən yol qəzasında 5 gənc xəsarət alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

APress.az-ın report-a istinadən məlumatına görə, hadisə Suraxanı rayonunda qeydə alınıb.

Belə ki, Bahar qəsəbəsində iki avtomobilin toqquşması nəticəsində 2000-ci il təvəllüdlü Rəhmanov Sahil Rüstəm oğlu, 1999-cu il təvəllüdlü Quliyev İbrahim Elçin oğlu, 2000-ci il təvəllüdlü Məmmədli Turan Rəhim oğlu, 2000-ci il təvəllüdlü Ovçuyev Ayxan Şahin oğlu və 1995-ci il təvəllüdlü Yusifov Rüfət Əlibaba oğlu xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. S.Rəhmanova döş qəfəsinin, boyun fəqərələrinin əziyi, İ.Quliyevə sol dirsəyin əzilmiş-cırılmış yarası, T.Məmmədliyə sol bazunun yuxarı üçdə birinin çoxsaylı kəsilmiş yaraları, A.Ovçuyevə sol bazu oynağının əziyi və R.Yusifova döş qəfəsinin küt travması diaqnozları qoyulub.