ATV-nin eks direktoru “Space”də yüksək posta gətirilirbackend
Cəmiyyət
24

ATV-nin eks direktoru “Space”də yüksək posta gətirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün “Space” telekanalının icraçı direktoru Kamil Şahverdiyev kanalla yollarını ayırdığını bildirib.

APress.az-ın məlumatına görə, artıq K.Şahverdiyevi əvəz edəcək şəxsin adı da bəllidir.

Televiziyanın daxilindən verilən məlumata görə, bu posta ATV-nin keçmiş prezidenti Vüqar Qaradağlının qaynı Rauf Dadaşov gətirilir.

Xatırladaq ki, Vüqar Qaradağlı ATV telekanalında rəhbər olduğu zamanlar Rauf Dadaşov telekanalın vitse-prezidenti vəzifəsində çalışıb.

Qeyd edək ki, Azərbaycanın Əməkdar incəsənət xadimi, ssenarist, kinoprodüser Müşfiq Hətəmov mayın 20-də “Space” telekanalına rəhbər təyin olub. /bizim.media