“Ermənistanla post-münaqişə dövrü davam edir. Xarici işlər nazirləri arasında hazırkı mərhələdə münasibətlər sülh məsələsi ilə bağlıdır”.
“Apress.az” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir qeyd edib ki, hələ ki xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı və yeri barədə məlumat yoxdur.
Sülh müqaviləsinin bağlanması ilə bağlı görüşlər 2025-ci ildə də davam edəcək:
“Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Bununla bağlı qarşı tərəfdən ciddi addımlar atılmasını görmürük”.