Penitensiar xidmətin əsgəri özünü güllələyib.
APress.az xəbər verir ki, xidmətdən bildirilib ki, bu gün gecə saat 02:50 radələrində Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Mühafizə Alayının atıcı bölüyünün atıcısı, 2003-cü il təvəllüdlü əsgər Məhəmməd Teymur oğlu Əliyev keşikçi qülləsində xidmət apararkən ona təhkim olunmuş AK-74 markalı avtomat silahından atəş açaraq intihar edib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası ölüm faktını təsdiq edib.
Faktla bağlı Bakı Hərbi Prokurorluğu tərəfindən araşdırma aparılır.