Kabili ələ keçirəndən dərhal sonra “Taliban” hərəkatı Əfqanıstanın hava sahəsini bağladığını elan edib. Bundan sonra müxtəlif ölkələrinin aviaşirkətləri bu ölkənin ərazisini keçərək tələsik uçuş marşrutlarını dəyişmək məcburiyyətində qalıb.
Hindistan mətbuatının yazdığına görə, Bakıdan Dehliyə uçan “Terra Avia” təyyarəsi də təcili vəziyyətlə üzləşib. Bu səhər təyyarə Bakıdan havaya qalxaraq Hindistanın paytaxtına yollanıb. Lakin Əfqanıstan ərazisindən keçəndə pilotlara təcili olaraq marşrutu dəyişmək əmri verilib. Pilotların təyyarəni çevirməyə və başqa marşrut ilə uçmağa məcbur olub.
“Air India” dövlət şirkətinin yüksək vəzifəli şəxsləri hava sahəsinin bağlanması ilə bağlı məlumatların səhər tezdən aldığlarını bildirib. Qeyd edək ki, Kabil hava limanı Əfqanıstanın hava sahəsini nəzarətsiz elan edib və aviaşirkətləri bu ölkə üzərində uçmamağa çağırıb. /Virtualaz.org