BMT üçün “insan haqları”nın sərhədləri harada başlayıb, harada bitir?  – “Xristian klubu”, yoxsa Fransadan gələn sifariş?backend
Manşet
1205

BMT üçün “insan haqları”nın sərhədləri harada başlayıb, harada bitir?  – “Xristian klubu”, yoxsa Fransadan gələn sifariş?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın təşəbbüsü ilə ölkəmizə qarşı təzyiqlər davam edir və BMT-nin İnsan Hüquqları Şurası Azərbaycanın əleyhinə bəyanat qəbul edib. Bəyanatda Azərbaycanın Qarabağ iqtisadi rayonundan ermənilərin köçməsi tənqid edilir, köç edən erməni əhalisinə “qaçqın statusu”nun verilməsi təklif olunur.

Tarixi Zəfərdən sonra Azərbaycan daim sülhyaratma missiyasına sadiqliyini nümayiş etdirib. Prezident İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ilə bağlı fərmanından sonra Qarabağın erməni əhalisinə dəfələrlə bərabər yaşamaq imkanları təklif olunub. Açıq şəkildə bəyan edilib ki, digər Azərbaycan vətəndaşları kimi, Qarabağın erməni əhalisinə də bütün hüquqlar tanınacaq. Bu məqsədlə Prezident Adminstrasiyası tərəfindən dəfələrlə görüş təklifi edilib.
Ermənistanın siyasi rəhbərliyi, habelə onlara hamilik edən xarici dairələr, Fransa və digər dövlətlər sülhyaratma prosesini pozmağa cəhd göstəriblər. Onlar Azərbaycan dövlətinin reinteqrasiya siyasətini tormozlağa çalışmaqla Qarabağın erməni əhalisini faktitiki olaraq öz girovluğunda saxlayıb.
30 illik işğal dövründə bir milyondan artıq Azərbaycan vətəndaşı öz doğma yurd-yuvalasından didərgin düşüb. Bu torpaqlar xarabalığa çevrilib, azərbaycanlılara məxsus məzarlıqlar dağıdılıb, vandalizm aktları törədilib. Lakin beynəlxalq birlik buna heç bir reaksiya verməyib.
Bu bəyanatı qəbul edən BMT-nin qətnamələri 30 il ərzində kağız üzərində qalıb. Ermənistan işğalçılıq siyasətini davam etdirib, ərazidə daşı daş üstündə qoymayıblar.

Suallar?

Kimsə kənar qızışdırıcı təsirlərin fonunda və ya fərdi qaydada hər hansı ərazini tərk edirsə, buna görə hər hansı bir dövləti, Azərbaycanı ittiham etmək hansı məntiqə və beynəlxalq hüquqa uyğun gəlir?
Azərbaycan dövlətinin reinteqrasiya təşəbbüslərini tormozlamaq, Qarabağın erməni əhalisinin normal və bərabər şərtlər altında yaşamasına mane olmaq kimə və hansı qüvvələrə maraqlıdır? Nə üçün?
Azərbaycan torpaqlarını xarabalığa çevirən Ermənistanı hüquqi, maddi və mənəvi məsuliyyətə cəlb etmək əvəzinə, ölkəmizi təzyiq altında saxlamaqla Fransa və müttəfiqləri nəyə nail olmaq istəyirlər?
BMT İnsan Hüquqları Şurası niyə 30 il ərzində Ermənistanın vandalizm və soyqırım cinayətləri əleyhinə bircə bəyanat belə qəbul etməyib?

Suallar da məlumdur, cavablar da. Mahiyyət isə budur ki, Fransa Afrikada və fransızdilli ölkələrdə itirdiyi imperalist mövqelərini Cənubi Qafqazda bərpa etməyə çalışır və heş şübhəsiz ki, buna nail olmayacaq.

Müəllif: Azər Niftiyev