Azərbaycanda şəhərlərarası və rayonlararası sərnişin daşımaları həftəsonları da xidmət göstərəcək.
APress.az bildirir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
“Həftəsonları şəhər və rayonlararası sərnişin daşıyan avtobuslarda sərnişinlərin hərarəti ölçüləcək, hərarəti olan sərnişinlər tibb məntəqəsinə göndəriləcək” – , deyə o qeyd edib.
Qurum rəsmisi həmçinin bildirib ki, Naxçıvana da ən yaxın zamanda gediş-gəliş bərpa olunacaq.