DİN hakimin törətdiyi qətllə bağlı məlumat yaydıbackend
Cəmiyyət
241

DİN hakimin törətdiyi qətllə bağlı məlumat yaydı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyi ötən gecə Sabunçu rayon Məhkəməsinin hakiminin həyat yoldaşını qətlə yetirməsi ilə bağlı məlumat yayıb.

APress.az xəbər verir ki, nazirliyin yaydığı məlumatda deyilir:

Mayın 30-da saat 23 radələrində F.Əhmədovun Sabunçu rayonu ərazisində yaşadığı evdə ov tüfəngindən açdığı atəşlə arvadı Pərvanəni qətlə yetirməsi barədə daxil olmuş məlumatla əlaqədar dərhal rayonun polis və prokurorluq orqanları əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən F.Əhmədov saxlanılıb, hadisə yerindən müvafiq sənədləri olan “İJ” markalı ov tüfəngi götürülüb.