Dünyada yeni güc mərkəzi formalaşır – Tarixi soykökümüzə, ənənələrimizə qayıdış…backend
Siyasət
2093

Dünyada yeni güc mərkəzi formalaşır – Tarixi soykökümüzə, ənənələrimizə qayıdış…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1991-ci ilin dekabrında  Mixail Qorbaçov SSRİ-nin Prezidenti postundan formal olaraq istefa verdi. Bundan bir gün sonra SSRİ Ali Soveti 15 sovet respublikasının müstəqilliyini tanıdı və Sovet İttifaqının mövcudluğuna xitam verdi. Bir zamanlar dünyanın ən güclü dövlətlərindən biri olmuş dövlətin simvolu – Kremlin üzərindəki oraq-çəkicli qırmızı bayraq endirildi. Azərbaycan isə bundan iki ay öncə öz müstəqilliyini elan etmişdi.

Keçmiş ittifaq ölkələri 1992-ci ilə artıq müstəqil respublikalar kimi qədəm qoydular. Müstəqil respublikaları isə keçid dövründə iqtisadi inkişafı təmin etməli, müstəqil xarici siyasət yürütməli və ölkəsini xarici dairələrin təsirindən qorumalı idilər. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsindən sonra Azərbaycan xarici siyasətində yeni bir səhifə açıldı. Ölkəmiz həm dünya dövlətləri ilə, həm də keçmiş ittifaq ölkələri ilə yeni formatda əlaqələri təmin etdi.

Müstəqil Azərbaycan dövlətinin tərəfdaş qismində gördüyü ölkələrdən biri də Qazaxıstan idi. Hansı ki, bu iki dövlət 70 il ərzində bir dövlətin bayrağı altında yaşamış, eyni taleyi bölüşmüş, eləcə də etnik, dini, və mədəni baxımdan qardaş ölkələr idi. Təsadüfi deyil ki, SSRİ-nin süqutundan sonra iki dövlət arasında münasibətlər keyfiyyətcə yeni mərhələyə yüksəldi. Ölkələr arasında iqtisadi münasibətlər inkişaf etdi, qarşılıqlı əlaqələr yüksəldi. Bu gün Qazaxıstanda iki yüz minə qədər azərbaycanlı yaşayır. Onlar Qazaxıstanın elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda fəal iştirak edirlər.

Prezident İlham Əliyevin Astanaya son səfəri və səfər çərçivəsində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” və dövlət başçılarının birgə bəyanatının imzalanması göstərir ki, hər iki dövlətin başçısı münasibətlərin daha da inkişafında maraqlıdır. Müxtəlif sahələri əhatə edən Anlaşma Memorandumlarının, iqtisadiyyatın ayrı-ayrı sahələrində gələcək əməkdaşlığı özündə ehtiva edən sənədlərin imzalanması bunun bariz nümunəsidir.

44 günlük vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra regionda yeni reallıq yaranıb. Mürəkkəb geosiyasi şəraitdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Şimali Kipr Türk Cümhuriyyətinin timsalında dünya birliyi yeni güc mərkəzinin formalaşmasına şahidlik edir. Və nə şanslıyıq ki, belə bir tarixi prosesə rəhbərlik edənlərdən biri də Azərbaycanın dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir.

Güclənən, qüdrətlənən türk birliyinə doğru inamla İRƏLİ!

Müəllif: Azər Niftiyev