Ərə verilən azyaşlının nənəsi: nə edəydik, üç kişi var idi – VİDEObackend
Cəmiyyət
351

Ərə verilən azyaşlının nənəsi: nə edəydik, üç kişi var idi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağcabədidə erkən ərə verilən 14 yaşlının nənəsi danışıb.

Milli.Az xəbər verir ki, nənə jurnalistlərə iyunun 1-də rayon mərkəzində uşaq dünyaya gətirən nəvəsinin erkən nikahının baş vermə səbəbləri ilə bağlı öz versiyasını açıqlayıb. Atdıqları qərarı təmizə çıxarmağa çalışaraq bildirib ki, 14 yaşlı qızı 23 yaşlı xalası oğluna ərə veriblər:

“Bəz biz nə etməliydik? Oğlanın anası ölüb, evdə üç kişi xeylağı qalıb. Onların paltarını kim yuyub sərməli idi, yeməklərini kim bişirməli idi? Onu zorla ərə verməmiik. Bizim başqa yolumuz yox idi”, – deyə nənə bildirib.

Qadının sözlərindən belə çıxır ki, 14 yaşlını qulluqçu kimi ərə veriblər. Maraqlıdır ki, bununla bağlı əlaqədar qurumlar heç bir ölçü götürməyiblər: qız niyə məktəbdə təhsil almayıb və özündən 10 yaş böyük oğlandan hamil qalıb?